SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Parlament təxribatçıları: iki deputat köçkünləri komitənin üstünə qaldırır

Parlament təxribatçıları: iki deputat köçkünləri komitənin üstünə qaldırır

Tarix:

26-01-2017, 09:22

/ 1 660 dəfə oxundu.
Parlament təxribatçıları: iki deputat köçkünləri komitənin üstünə qaldırır

Parlamentin bəzi üzvləri məcburi köçkünlərin heysiyyatına toxunmaq, onların hüquqlarını müdafiə etmək əvəzinə qıcıqlandırmaq, qaçqınları qızışdırmaq və dövlətin üstünə qaldırmaq kursunu seçib. Son zamanlar deputatların çıxışlarında yalnız bu neqativ xətti sezmək mümkündür.

Məlumata görə, deputat Hadı Rəcəbliyə bu dəfə həmkarı Çingiz Qənizadə qoşulmaqdadır. Bir zamanlar Hadı Rəcəbli şəhid ailələrinə, qaçqınlara verilən müavinətlərin çox olduğunu sübut etməyə çalışırdı.

İndi də Ç.Qənizadə seçildiyi regionun sosial bəlalarını həll etməkdənsə, köçkünlərlə “Qaçqınkom”u üzbəüz qoyur.

Deputat iddia edir ki, prezidentin son fərmanı komitədəki korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir.

Millət vəkilinin bu çıxışı məcburi köçkünləri qızışdıran hesablanmamış açıqlamadır. Çünki belə bir həssas dövrdə vahid müavinət məbləğinin müəyyən edilməsini komitə ilə əlaqələndirmək dövlətin köçkünlərə qayğı göstərməsi tezisinin üstündən xətt çəkir.

Fakt ondan ibarətdir ki, Qaçqınkom və sədri Əli Həsənov Ç.Qənizadədən daha çox qaçqınların yanındadır. Əgər deputatın komitə sədri ilə şəxsi müstəvidə çəkişməsi varsa, bunu prezident fərmanının üzərindən dərinləşdirməsin.

Çünki məcburi köçkünlərin ümid yeri olan komitə və rəhbərliyi hər bir müraciətə, şikayətə həssas yanaşır, gecə-gündüz çalışır ki, narazılıq böyüməsin.

Millət vəkili isə köçkünləri qızışdıran açıqlamalar verir, fərmanı komitədə korrupsiya hallarının olması ilə izah edir.

Əgər Ç.Qənizadənin əlində fakt varsa, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etsin, yoxdursa əhalinin heysiyyatı ilə oynamasın.

Məlumata görə, deputat İmamverdi İsmayılov da həmkarının cavabını verib.

Deputat qeyd edib ki, əvvəllər də uzun illər köçkünlər bu güzəştlərə, imtiyazlara malik olublar: “Sadəcə həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib.

Müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.

Ancaq deputat Çingiz Qənizadə yenə də öz əvvəlki çıxışlarında olduğu kimi ölkə Prezidentinin bu sahədəverdiyi Fərmanı öz düşüncə tərzinə uyğun olaraq, Komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah edir.

Görünür Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir. Hesablama Palatası tərəfindən Komitədə aparılan yoxlamalarda hər hansı bir qanun pozuntusu aşkar olunmayıb.

Deputat Qənizadəyə tövsiyyə edərdim ki, yaxşı olardı ki, o öz seçildiyi rayonun seçicilərinin problemləri ilə məşğul olsun.

Bu cür belə fikirlər səsləndirməklə ölkəmizdə olan məcburi köçkünlər arasında çaçqınlıq yaratmaq və onlar üçün atılmış mühüm addımlara kölgə salmaq kimi əməllərindən əl çəksin”.

Şərhlər

XƏBƏR LENTİ