SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir müavini parlamentdə hesabat verdi - YENİLƏNİB

Nazir müavini parlamentdə hesabat verdi - YENİLƏNİB

Tarix:

24-02-2023, 12:56

/ 263 dəfə oxundu.
Nazir müavini parlamentdə hesabat verdi - YENİLƏNİB

 
Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzəni təsdiqləyib.

Məruzə parlamentin bu gün keçirilən iclasında müzakirə edilib Məruzədə qeyd edilib ki, 2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.

2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

2022-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində-2.848) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Müzakirələrdən sonra məruzə səsverməyə qoyularaq təsdiq edilib.

***11:39

Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur.

Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Şərhlər

XƏBƏR LENTİ