SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident: “Azərbaycan böyük həcmdə bərpa olunan enerji potensialına malikdir”

Prezident: “Azərbaycan böyük həcmdə bərpa olunan enerji potensialına malikdir”

Tarix:

2-02-2023, 16:44

/ 333 dəfə oxundu.
Prezident: “Azərbaycan böyük həcmdə bərpa olunan enerji potensialına malikdir”

 
“Azərbaycan Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpa olunan enerji potensialına malikdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edərkən deyib.

Dövlətimizin başçısı söhbət zamanı Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, hər iki tədbir bir-birini tamamlayır.

Şərhlər

XƏBƏR LENTİ