SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vahid Ələkbərov bir aya 2,5 milyard dollar qazanıb

Vahid Ələkbərov bir aya 2,5 milyard dollar qazanıb

Tarix:

1-02-2023, 13:47

/ 413 dəfə oxundu.
Vahid Ələkbərov bir aya 2,5 milyard dollar qazanıb

 Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti cari ilin əvvəlindən 16,1 milyard dollar artıb. 

Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

“Bloomberg Billionaires Index”ə (Milyonerlər indeksi) əsasən, “Lukoil” şirkətinin eks-prezidenti, Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov ilin əvvəlindən 2,5 milyard dollar qazanıb və sərvəti 17,9 milyard dollara qədər artıb.

“Severstal” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşovun sərvəti isə 1,54 milyard dollar artaraq 20,2 milyard dollara çatıb. 

İlin əvvəlindən “Novatek”in rəhbəri Leonid Mixelson isə 1,12 milyard dollar qazanaraq sərvətini 12,7 milyard dollara çatdırıb.

Xatırladaq ki, “Bloomberg” agentliyinin 2022-ci ilin avqustunda yaydığı məlumatda Vahid Ələkbərovun ilin əvvəlindən 3,92 milyard dollar itirdiyi və sərvətinin 17,8 milyard dollar təşkil etdiyi bildirilirdi.

Şərhlər

XƏBƏR LENTİ