Vahid Ələkbərov Rusiyanın üçüncü ən varlı biznesmenidir
“Forbes” jurnalı Rusiyanın ən zəngin iş adamlarının illik reytinqini tərtib edib.Nəşrin məlumatına görə, bu il ən zəngin rusiyalı biznesmenlərin siyahısına “Sibura” və “Novateka” şirkətlərinə sahib olan Leonid Mixelson başçılıq edir. Onun varidatı 24 milyard dollara yaxındır.
İkinci yerdə 21,3 milyard dollar sərvətlə “NLMK” Şirkətlər Qrupu Direktorlar Şurasının sədri Vladimir Lisin göstərilib.
İlk üçlüyü “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 20.7 milyard dollar civarında qiymətləndirilir.
Ümumilikdə jurnalın reytinqinə 100 dollar milyarderi və 100 multimilyonçu daxil edilib. Onların ümumi sərvəti 496 milyard dollar təşkil edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır