SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Macarıstan və Azərbaycan - iki dost və tərəfdaş ölkə

Macarıstan və Azərbaycan - iki dost və tərəfdaş ölkə

Tarix:

31-01-2023, 20:26

/ 525 dəfə oxundu.
Macarıstan və Azərbaycan  - iki dost və tərəfdaş ölkə

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Macarıstan Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. 
Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdu. Ulu Öndər Heydər Əliyevin Macarıstana ilk işgüzar səfəri (ATƏT-in Zirvə Toplantısı) 1994-cü il dekabr ayında, növbəti səfərlər isə Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il 18-19 fevral, 2009-cu il 26-27 yanvar, 2011-ci il 10-12 noyabr və 2014-cü il 11-12 noyabr tarixlərində həyata keçirilmişdir.
Cari il yanvarın 30-da Macarıstanda növbəti rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatnda bildirmişdir ki, “ Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar”.
Dövlət başçımız xüsusilə qeyd etmişdir ki, “ Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı. Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”.
Prezident eyni zamanda bildirmişdir ki, “enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bu il fevralın 3-də Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.” 
Faktlardan göründüyü kimi, Macarıstan və Azərbaycan  əlaqələrinin tarixi qədim olmaqla yanaşı, bu beynəlxalq əlaqələrin durmadan inkişaf edilməsi hər iki ölkə dövlətçiliyinin maraq dairəsindədir.
 
 
Aynur Xəlilova  - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ