SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq" - Hacı Şahin Həsənli

"Mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq" - Hacı Şahin Həsənli

Tarix:

27-01-2023, 18:00

/ 292 dəfə oxundu.
"Mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq" - Hacı Şahin Həsənli

 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli İranda Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım edib.

O, paylaşımında cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını istəyib:

"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu. Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik".

Şərhlər

XƏBƏR LENTİ