SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çin Karqo” şirkəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edir

“Çin Karqo” şirkəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edir

Tarix:

27-12-2022, 15:53

/ 310 dəfə oxundu.
“Çin Karqo” şirkəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edir

Bu gün “Çin Karqo” şirkətində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov bildirib ki, 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, dünyanın bütün ölkələrində məskən salmış soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətdə saxlamalı, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında bütün qüvvələrindən səmərəli istifadə etməlidirlər. Azərbaycan dilinin qorunması, inkişafı, azərbaycançılıq ideyasının təbliği harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə vəzifəsi olmalıdır.
Bu gün doğma Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində bütün qüvvələrini birləşdirməlidirlər. Çünki bizim bir Vətənimiz var – Azərbaycan. 
Tədbirin sonunda “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov, ölkə başçısı cənab İlham Əliyevi, birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını rəhbərlik etdiyi şirkətin kollektivi eləcədə bütün sahibkarlar adından səmimi qəlbdən təbrik edib. 

Şərhlər

XƏBƏR LENTİ