SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Siyasi partiyalar haqqında” qanun qəbul edildi

“Siyasi partiyalar haqqında” qanun qəbul edildi

Tarix:

16-12-2022, 12:36

/ 339 dəfə oxundu.
“Siyasi partiyalar haqqında” qanun qəbul edildi

 
“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirə edilərək qəbul olunub.

Birinci oxunuşda qanun layihəsinin lehinə 102 deputat, əleyhinə isə 1 nəfər səs verib.

Qanun layihəsinin əleyhinə deputat Erkin Qədirli səs verib.

Qeyd edək ki, noyabrın 21-də “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytında yerləşdirilib. Qanun layihəsinin yeni redaksiyasında ilkin variantla müqayisədə bir sıra dəyişikliklər yer alıb.

Xatırladaq ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 110 düzəliş edilib. Düzəlişlər həm mahiyyət baxımından, həm də texniki baxımdan olub.

Şərhlər

XƏBƏR LENTİ