SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda yüksək vəzifəyə gedən deputatlar - SİYAHI

Azərbaycanda yüksək vəzifəyə gedən deputatlar - SİYAHI

Tarix:

25-10-2022, 19:39

/ 547 dəfə oxundu.
Azərbaycanda yüksək vəzifəyə gedən deputatlar - SİYAHI

 
Azərbaycanda rəhbər vəzifələrə təyin olunan bəzi məmurların yolu Milli Məclisdən keçib. Onlar arasında deputat və ya komitə sədri olanlar da var. Bu gün isə deputat İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

"Unikal" yüksək vəzifəyə təyin olunan deputatların siyahısını təqdim edir:

Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı olan Muxtar Babayev 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunub. 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da əvvəl parlamentari olub. Belə ki, o, Milli Məclisin V (2015-2019-cu illər) çağırış deputatı olub. V.Hüseynov 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yolu da Milli Məclisdən keçib. Belə ki, F.Muradov komitəyə sədr təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı, həmçinin Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olub. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyinat alıb.

Milli Məclisin IV (2010-2015-ci illər) çağırış deputatı olan Rövşən Rzayev isə Prezident İlham Əliyevin 2018-ci ilin 21 aprel tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Sabiq deputatlar arasında icra başçısı təyin olunanlar da var. Belə ki, 2015-2019-cu illərdə Milli Məclisin deputatı olan Elşad Həsənov Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırış deputatı olan Rüstəm Xəlilov isə Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin olunub.

Hazırda millət vəkili olan Zahid Oruc 2 fevral 2019-cu il tarixindən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədridir.

Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırışının deputatı, parlamentin sədr müavini olan Valeh Ələsgərov Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub. O, prezidentin 22 may 2020-ci ildə imzaladığı digər sərəncamla Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

Milli Məclisinin VI çağırış deputatı Şahin Seyidzadə isə 3 mart 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.

Hazırladı: Murad İbrahimli

Şərhlər

XƏBƏR LENTİ