SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

Tarix:

25-08-2022, 17:44

/ 434 dəfə oxundu.
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

 
Avqustun 24-də baş tutan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə dost və qardaş Qazaxıstanın nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. Azərbaycanla Qazaxıstanı ortaq köklər, tarixi köklər, ortaq mövqelər birləşdirir və iki dövlət daimi olaraq beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Qazaxıstan Prezidentinin Azərbaycan Prezidentini Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha göstərdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. Azərbaycanın dövlət rəhbəri haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, mübariz, həm də uzaqgörən siyasi xadimdir.
Bir çox sənədlərin imzalanması dövlətlərarası münasibətlərin sürətləndirilməsində və irəliyə doğru addımların atılmasında önəmlidir. İstər ticarət, istər mədəniyyət, istər iqtisadi əlaqələr, istərsə də digər sahələrdə imzalanmış sənədlər göstərir ki, bundan sonra da Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir. Əlbəttə ki, Prezident cənab İlham Əliyevin, eləcə də jurnalistlərə bəyanatında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər.
Beynəlxalq səviyyədə iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə Azərbaycan və Qazaxıstan fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu gələcəkdə də davam edəcəkdir. Əməkdaşlıq edilən beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyət nümayiş etdirirlər.
Qeyd edildi ki, ölkələr arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar vardır. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır.
Qazaxıstan Orta Asiyada ən böyük respublikalardan biridir və Qazaxıstanla münasibətlərin yaxşılaşdırılması Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün faydalıdır. Bu tədbir də bu baxımdan xaraklterikdir və hər iki dövlət rəhbərlərinin söylədiyi fikirlər, verdikləri bəyənatlar Azərbaycan və Qazaxıstan xalqlarının gələcək inkişafında, onların xoşbəxt həyatının təmin olunmasında mühüm rol oynayacaqdır.
 
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

Şərhlər

XƏBƏR LENTİ