SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həftəsonu Şamaxıya gedənlərin NƏZƏRİNƏ

Həftəsonu Şamaxıya gedənlərin NƏZƏRİNƏ

Tarix:

11-08-2022, 16:13

/ 442 dəfə oxundu.
Həftəsonu Şamaxıya gedənlərin NƏZƏRİNƏ

 
Avqustun 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-a qədər) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformaları quraşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

“Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə qurum bəyan edib.

Şərhlər

XƏBƏR LENTİ