XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə
2-04-2019, 15:40

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-32 km –lik hissəsində, həmçinin sözügedən yolun 81-ci km-dən ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun 89-116 km hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq.

İşlər 5 aprel tarixinə qədər davam edəcək.

Sürücülərdən bu müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.