Abutalıbov sürücüləri soyur: parkomat biznesindən milyonlar hara gedir?
Bakı meri Hacıbala Abutalıbov şəhər camaatını soyur. BŞİH rəhbəri parkomat adı ilə nəhəng biznes qurub və milyonlar qazanır
Bu vəsaitlərin bölüşdürüldüyü sirr deyil. Lakin şəhərdə sürücülərə qarşı amansız münasibət sərgilənir.
Xəbərə görə, paytaxtın parkomatlaşması adı altında istənilən ərazidə bir pullu dayanacaq yaradılır. Artıq Bakıda pulsuz dayanacaq qalmayıb.
Sürücülər hər addımbaşı pul xərcləməli olurlar. Bu gedişlə şəhərdə avtomobil idarə etmək lazım olmayacaq.
Adi bir misal: Bakının Nobel prospektində “Azure” biznes mərkəzinin qarşısında çox bərbad vəziyyətdə ərazi var.
Oranın nə yolu, nə də ki, maşın saxlamaq üçün şəraiti var. Lakin ərazidəki dayanacaqların qiyməti baha olduğu üçün insanlar işə gələrkən maşınlarını həmin yerdə saxlayırdılar.
Altı ay əvvəl burada bir-iki maşın saxlayan var idi. Zamanla orada maşın saxlayanların sayı artdı. Çünki dövlətin dayanacaqlarının saatı 1 manatdır.
8 saat işdə olan adamlar maşını saxlamaq üçün hər gün 8 manat pul ödəməlidirlər. Bu ərazidə isə maşın saxlamaq üçün pul tələb olunmadığı üçün hamı maşını orada saxlayırdı.
Ərazidəki maşınların sayı gün-gündən artırdı. Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “dayanacağa” çevirib. Çöllü-biyabanın ortasında bir dayanacaq nişanı qoyulub. Əraziyə parkomat qoymağa hazırlaşırlar.
Parkomat üçün artıq yer edilib, anker boltlar bağlanılıb. Bakı şəhər icra hakimiyyəti parkinq üçün yer düzəltmir, yol çəkmir, lakin dayanacaq üçün tamamilə yararsız olan bir yerə parkomat qoyur.
Xəbərə görə, hər yer parkomatlaşıb və sürücülərə küçələr satılmaqdadır. Bu qanunsuzluqdur və milyonlarla vəsait ciblərə axır. Bakıda parkomant biznesindən əldə olunan gəlirlərin merin cibinə axdığı sirr deyil.
Bu sahədəki xaos və nəzarətsizliyin saxlanmasında məhz Abutalıbovun maraqları var. Şəhərdə hansı parkomatların qanuni və qanunsuz olduğu bilinmir. Nəticədə qeyri-rəsmi şəkildə milyonların əldə olunması üçün əlverişli şərait yaranır.
Buna görə də nə bir təftiş var, nə də nəzarət sistemi. Üstəlik, vergidən ciddi şəkildə yayınma halları da var. Abutalıbovun parkomat biznesindən gələn pullar haqda nə bir hesabat verir, nə də vəsaitin büdcəyə yönəlib-yönəlmədiyi mexanizmi açıqlanmır.
Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, əksər mərkəzi küçələrində görmək mümkündür.
İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət indi 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi məlumdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır