SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Tarix:

2-08-2022, 12:54

/ 408 dəfə oxundu.
Sabah 40 dərəcə isti olacaq

 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 9-14° isti, gündüz 23-28° isti olacaq.

Şərhlər

XƏBƏR LENTİ