SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ucarda "Prado" aşdı - xəsarət alanlar var

Ucarda "Prado" aşdı - xəsarət alanlar var

Tarix:

10-07-2022, 15:20

/ 450 dəfə oxundu.
Ucarda "Prado" aşdı - xəsarət alanlar var


Ucarda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistralının Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi "Toyota Prado" markalı minik maşını yoldan çıxıb və su arxına aşıb. Nəticədə Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Salatın Yaqub qızı Qurbanova, nəvələri - 2010-cu il təvəllüdlü Ayan Tural qızı Ələkbərli və 2014-cü il təvəllüdlü Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Şərhlər

XƏBƏR LENTİ