SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda bank hesabından 8 500 manat oğurlandı

Bakıda bank hesabından 8 500 manat oğurlandı

Tarix:

1-06-2022, 11:40

/ 475 dəfə oxundu.
Bakıda bank hesabından 8 500 manat oğurlandı

 
Bakıda bank hesabından 8 500 manat oğurlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xalid İsayev müəyyən edilərək saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ