SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq icra başçısının oğlu Moskvada şirkət açdı

Sabiq icra başçısının oğlu Moskvada şirkət açdı

Tarix:

16-05-2022, 08:54

/ 339 dəfə oxundu.
Sabiq icra başçısının oğlu Moskvada şirkət açdı

 
Mingəçevir və Zərdab Rayon İcra Hakimiyyətlərinin keçmiş başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadə atasının vəzifəsindən azad edilməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb.

Xalqxeber.az-ın məlumatına görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Babəli Babazadə ötən il Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО ЛИГА-СТРОЙ) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib. “Liqa-Stroy” Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir.

Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində olarkən Azərbaycanda “BLB” Məhdud Məsuliyyətli Cəmiyyətini (Babəli Lütvəli Babazadə) təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət – “TOP POİNT” Məhdud Məsuliyyətli Cəmiyyət 2014-cü ilin dekabrında Lütvəli Babayevin ailə üzvlərindən Rübabə Babayeva Nizami qızının adına təsis edilib. Hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır.

Şərhlər

XƏBƏR LENTİ