SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zərdabın keçmiş başçısı həbs oluna bilər - İDDİA

Zərdabın keçmiş başçısı həbs oluna bilər - İDDİA

Tarix:

21-02-2020, 10:30

/ 923 dəfə oxundu.
Zərdabın keçmiş başçısı həbs oluna bilər - İDDİA

Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı Lütvəli Babayev həbs oluna bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olub.

Mənbə açıqlamasında iddia edir ki, sabiq başçının Zərdabdakı fəaliyyəti dərindən araşdırılır. DİA.AZ-a söylənilənlər:

"Lütvəli Babayev Şeyxə yaxın adam olduğundan sakitliklə vəzifəsindən alındı. Amma ortada olan faktlar o qədər həssaslıq tələb edir ki, artıq "yuxarılar" da Babayevin naznı çəkmək fikrində deyillər".

Mənbə iddia edir ki, gələn həftə Lütvəli Babayevin sözügedən faktlar üzrə dindirilməsi gözlənilir.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ