SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İmtahanların nəticələri niyə gec açıqlanır? - DİM-dən AÇIQLAMA

İmtahanların nəticələri niyə gec açıqlanır? - DİM-dən AÇIQLAMA

Tarix:

11-04-2022, 10:20

/ 406 dəfə oxundu.
İmtahanların nəticələri niyə gec açıqlanır? - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

 Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.

"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.

Şərhlər

XƏBƏR LENTİ