SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müharibə itkinlərinin hər biri haqqında məlumatımız var - Komissiya

Müharibə itkinlərinin hər biri haqqında məlumatımız var - Komissiya

Tarix:

4-04-2022, 20:40

/ 321 dəfə oxundu.
Müharibə itkinlərinin hər biri haqqında məlumatımız var - Komissiya


“Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı məlumat bazası var”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, hər bir şəxsin harada itkin düşməsi haqqında Dövlət Komissiyasında məlumat var:

“Hətta onların müəyyən hissəsinin hansı ərazilərdə basdırılması barədə əsir və girovluqdan qayıdan şəxslərin ifadələri əsasında məlumatlar var. Biz Beynəlxalq Komissiya ilə həmin şəxslərin məzar yerlərinin tapılmasında, ekshumasiyasında və eyniləşdirilməsində komissiyada olan müasir texnologiyaların olmasını nəzərə alaraq əməkdaşlıq edəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ