SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müharibədə itkin düşənlərin tapılması üçün Beynəlxalq Komissiyaya müraciət olundu

Müharibədə itkin düşənlərin tapılması üçün Beynəlxalq Komissiyaya müraciət olundu

Tarix:

4-04-2022, 19:00

/ 436 dəfə oxundu.
Müharibədə itkin düşənlərin tapılması üçün Beynəlxalq Komissiyaya müraciət olundu

“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın beynəlxalq səviyyədə yüksək iş təcrübəsi var”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, Beynəlxalq Komissiyada yüksək səviyyəli mütəxəssislər mövcuddur:

“Ona görə də qərara almışıq ki, bu komissiya ilə əməkdaşlıq edək və I Qarabağ müharibəsi dövründə itkin düşən şəxslərin axtarışları, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı bu təşkilatdan yardım alaq. Vətən müharibəsində itkin düşən 5 nəfərin tapılması və axtarışı üçün də bu komissiyaya müraciət olunub”.

Şərhlər

XƏBƏR LENTİ