SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » www.berpaolunanenerji.az informasiya portalının fəaliyyətə başlamasından 1 il ötür.

www.berpaolunanenerji.az informasiya portalının fəaliyyətə başlamasından 1 il ötür.

Tarix:

3-04-2022, 11:05

/ 464 dəfə oxundu.
www.berpaolunanenerji.az informasiya portalının fəaliyyətə başlamasından 1 il ötür.


Sayt bərpaolunan enerji sektoru üzrə Azərbaycan dilində məlumat azlığını qismən də olsa aradan qaldırmaq, müvafiq sahədə informasiya əlçatanlığını asanlaşdırmaq və xəbərlərin bir mənbədən əldə olunmasını təmin etmək məqsədilə yaradılıb. 
Ötən bir il ərzində saytda 1 000-dən çox xəbər və informasiya dərc olunub.
Sektor üzrə ilk ixtisaslaşmış saytda Azərbaycan və dünya gündəminin ən vacib xəbərləri, hesabatlar, məqalələr və elanlar dərc olunaraq operativ şəkildə oxuculara çatdırılır. Həmçinin bərpaolunan mənbələr bölməsində günəş, külək, bio, hidro, dalğa, geotermal və hidrogen enerjisi üzrə xəbər və faydalı məlumatlar yayımlanır.
Portal 2 aprel 2021-ci ildə, "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" xəbəri ilə fəaliyyətə başlayıb.
Oxucular həm saytdan həm də sosial media platformaları vasitəsilə xəbərləri oxuya bilər. 
Sayt qısa zaman ərzində geniş oxucu kütləsi qazanmışdır. Portal bütün oxucularına təşəkkür edir!

Şərhlər

XƏBƏR LENTİ