Müdafiə Nazirliyi məlumat yaydı
Müdafiə Nazirliyindən (MN) Ermənistan mətbuatının növbəti dəfə guya, Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərə münasibət bildirilib.
Məlumata görə, MN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən rəsmi surətdə təsdiqlənib.
Ermənistan tərəfi də monitorinqin qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Lakin həmin xəbərdə Azərbaycan tərəfinin guya, ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığı da bildirilib.
"Bildiririk ki, mart ayının 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində keçirilmiş monitorinqdən sonra da erməni tərəfi bu cür təxribat xarakterli məlumat yaymışdı.
Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir, monitorinqin baş tutması və sona çatmasını orada iştirak edən səhra köməkçiləri təsdiq edirlər. Əgər münaqişə tərəflərindən biri monitorinqin keçirilməsinə istənilən bir formada problem yaradarsa, bu barədə elə ilk məlumat verən həmin müşahidəçilər olacaq.
Ermənistan mütəmadi olaraq bu kimi böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları sistematik şəkildə şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür", - deyə məlumatda vurğulanır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?