Hərbi xidmətdən yayınanların işi çətinləşir
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir
Bu barədə məsələ "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qanunun 53-cü (Həkim sirri) maddəsinə təklif olunan dəyişikliyə əsasən, həkim sirri təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilməsi halları artırılır. Belə ki, həkim sirri təşkil edən məlumat (vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan) həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə də verilə bilər.
Hazırkı qanunvericiliyə əsasən, həkim sirri təşkil edən məlumatlar vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə; istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə; yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə verilə bilər.
Qeyd edək ki, dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?