Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsi üçün qazın qiymətini qaldırmaq niyyətinə reaksiya verərək, belə bir addımın mövcud müqavilənin pozulması demək olacağını bəyan edib.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Ermənistan hökumətinin rəhbəri iki ölkə arasında uzunmüddətli sazişin olduğunu xatırladıb:
“Qazın qiymətinə gəlincə, bizim uzunmüddətli müqaviləmiz var və tərəflərdən birinin bu müqavilədən necə imtina edəcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. Bu, müqavilə öhdəliklərinə uyğun olmayan bir davranış olardı”.
Buna baxmayaraq, Paşinyan İrəvanın iqtisadi sahədə bütün mümkün ssenariləri və riskləri yaxından araşdırdığını gizlətməyib. O, Rusiya Prezidenti Vladimir Putini uzun illərdir tanıdığını və Moskvanın bütün narahatlıqlarını dialoq yolu ilə həll etmək niyyətində olduqlarını bildirib:
“Putin faktlara əsaslanan rasional bir insandır. Əgər onların hər hansı bir narahatlığı varsa, biz bu narahatlığı səbirlə aradan qaldırmağa çalışacağıq. Ermənistan bütün problemləri Moskva ilə qardaşlıq, dostluq şəraitində, polemikasız və əsəb nümayiş etdirmədən müzakirə etmək niyyətindədir”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi rəsmi İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə, Ermənistanı qaz və neft məhsullarının tədarükündə tətbiq olunan güzəştlərdən məhrum edə biləcəyini bəyan etmiş və bununla bağlı rəsmi məktubu artıq İrəvana göndərmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?