SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rusiya ilə Azərbaycan arasında münasibətlərin dərin kökləri vardır

Rusiya ilə Azərbaycan arasında münasibətlərin dərin kökləri vardır

Tarix:

1-03-2022, 13:03

/ 396 dəfə oxundu.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin dərin kökləri vardır

 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 23-də Moskvada TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Rusiya ilə imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər-ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Prezident qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu fakt Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq.
Azərbaycanla Rusiya arasında yaxınlaşma tendensiyası uzun illərdən bəri müşahidə olunur. Əməkdaşlıq demək olar əksər sahələrdə yüksələn xətt üzrə qurulub. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup bəyannamə layihəsinin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Eyni zamanda deputatların da açıqlamalarından məlum olur ki, belə bir sənədin imzalanmasına rəsmi hazırlıq işləri 2021-ci ilin birinci yarısından başlanılıb. Deməli, Prezident İlham Əliyevin 31 Dekabr-Dünya Azəraycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa təbrik müraciətində Azərbaycanın xarici siyasəti ilə bağlı mövqeyini ifadə edərkən Rusiya-Azərbaycan münasibətlərinə toxunması, ”bizim Rusiya ilə münasibətlərimizin bundan sonrakı inkişafına xidmət göstərəcək yeni əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı addımlar atılacaq" fikirləri təsadüfi deyil. Yəni bunun anonsunu cənab Prezident vermişdi.
İndiki halda isə Azərbaycanla Rusiyanın münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması o deməkdir ki, bütün sferalar üzrə əməkdaşlıq yeni mərhələyə qalxır və artıq yeni imzalanan sənəd Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi də hesab oluna bilər. Bütün sahələrdə əməkdaşlığın bundan sonrakı inkişafı öz əksini tapıb. Hər iki tərəfin bu münasibətlərin daha da yüksəyə qaldırılmasında maraqlı olduğu öz ifadəsini tapır. Bu sənəddə həm də 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı, 2021-ci ilin 26 noyabr sənədlərindəki məsələlərin tam həyata keçirilməsi də əksini tapır.
 
 
Turanxanım Mehdiyeva,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi

Şərhlər

XƏBƏR LENTİ