SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu icra hakimiyyətlərində nöqsanlar aşkarlandı - RƏSMİ

Bu icra hakimiyyətlərində nöqsanlar aşkarlandı - RƏSMİ

Tarix:

10-02-2022, 14:43

/ 478 dəfə oxundu.
Bu icra hakimiyyətlərində nöqsanlar aşkarlandı - RƏSMİ

Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.

Şərhlər

XƏBƏR LENTİ