SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın tanınmış baş həkimi vəfat etdi

Azərbaycanın tanınmış baş həkimi vəfat etdi

Tarix:

22-05-2017, 19:00

/ 81 848 dəfə oxundu.
Azərbaycanın tanınmış baş həkimi vəfat etdi

"Sağlam Ailə" Tibb Mərkəzinin baş həkimi, həkim-terapevt Vüqar Abdullayev dünyasını dəyişib.

Mədəaltı vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən V.Abdullayev 47 yaşında vəfat edib.

Qeyd edək ki, V.Abdullayev 1969-cu il noyabrın 11-də anadan olub. 1986-1993- cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərib. 2002-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-terapevt vəzifəsində çalışıb. 2003-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Terapiya şöbəsinə rəhbərlik edib. Bir sıra yerli və beynəlxalq təlimlərdə, təkmilləşmə kurslarında və təcrübə mübadilələrində iştirak edib.

2013-cü ildən isə "Sağlam Ailə" Tibb Mərkəzində həkim-terapevt eyni zamanda, baş həkim vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ