XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub
15-09-2018, 11:23

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

S.Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.

S.Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. O, 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.