SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səlcuq Bayraktardan Azərbaycanla bağlı ÇAĞIRIŞ

Səlcuq Bayraktardan Azərbaycanla bağlı ÇAĞIRIŞ

Tarix:

16-01-2022, 16:00

/ 463 dəfə oxundu.
Səlcuq Bayraktardan Azərbaycanla bağlı ÇAĞIRIŞ

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu il Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı çağırış edib.

Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb.

“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, - Bakraktar sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək. “Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb.

Səlcuq Bayraktardan Azərbaycanla bağlı ÇAĞIRIŞ

Şərhlər

XƏBƏR LENTİ