SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AZAL uçuşları təxirə salır? - AÇIQLAMA

AZAL uçuşları təxirə salır? - AÇIQLAMA

Tarix:

28-12-2021, 17:56

/ 445 dəfə oxundu.
AZAL uçuşları təxirə salır? - AÇIQLAMA

Son aylar koronavirusun “Omikron” ştammının yayılması ilə ölkələr bir sıra məhdudiyyətlərə gedib.

ABŞ-ın təyyarə uçuşlarına nəzarəti həyata keçirən FlightAware platforması dekabrın 25-də bütün dünyada 2 850 təyyarə reysinin ləğv edildiyini elan edib.

Məlumatda o da qeyd olunur ki, eyni gündə 9 minə yaxın təyyarə reysi də təxirə salınıb. İzah edilir ki, bu qərarlara yeni növ koronavirus (COVID-19) infeksiyasının “Omikron” ştammı səbəb olub. Belə ki, “Omikron” ştammının uçuş heyətinə təsir göstərməsi və hava yollarının qeyri-kafi kadrlarla işlədiyi qeyd olunur.

Maraqlıdır, Azərbaycanda da “Omikron” ştammı ilə əlaqəli olaraq, uçuşlar təxirə salınacaqmı?

Xalqxeber.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski məlumatsız olduğunu deyib:

"Bu barədə yalnız Operativ Qərargahın qərarı olmalıdır. Yalnız onlar nəsə deyə bilər".

Şərhlər

XƏBƏR LENTİ