SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qəlyana görə 10 400 manat cərimə - Video

Qəlyana görə 10 400 manat cərimə - Video

Tarix:

24-11-2021, 22:10

/ 653 dəfə oxundu.
Qəlyana görə 10 400 manat cərimə - Video

Bəzi ictimai-iaşə obyektlərində neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Növbəti belə tədbir zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən "Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.

Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4 000 manat məbləğində cərimələnib.

Şərhlər

XƏBƏR LENTİ