SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı Metropolitenində yeni avtomatlaşdırılmış sistem tətbiq olunacaq

Bakı Metropolitenində yeni avtomatlaşdırılmış sistem tətbiq olunacaq

Tarix:

7-11-2021, 12:40

/ 274 dəfə oxundu.
Bakı Metropolitenində yeni avtomatlaşdırılmış sistem tətbiq olunacaq


Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək.

Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.

Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.

Şərhlər

XƏBƏR LENTİ