SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Uğursuzluğa düçar olmuş erməni təbliğatı

Uğursuzluğa düçar olmuş erməni təbliğatı

Tarix:

13-10-2021, 11:21

/ 389 dəfə oxundu.
Uğursuzluğa düçar olmuş erməni təbliğatı

 Ermənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar. Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra belə, ermənilər bu qəsəbənin hələ də onların nəzarəti altında olması ilə bağlı feyk məlumatlar paylaşırdılar. Ən qəribəsi isə həmin saxta məlumatların Ermənistan rəsmiləri tərəfindən təsdiqlənməsi idi.  Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu Dövlətimizin başçısı Hadrutun işğaldan azad edildiyini açıqladığı zaman əslində həm də Ermənistanın aldadılan cəmiyyətini, özlərinin rəsmi şəxslərindən daha çox Azərbaycanın Ali Baş Komandanının açıqladığı məlumatlardan həqiqətləri öyrənən insanları baş verənlərdən xəbərdar edirdi.  Hadrut əməliyyatının uğurla başa çatması Ali Baş Komandanın, Azərbaycan hərbçilərinin çox yüksək səviyyədə hərbi biliyə malik olmasının, əməliyyatların zərgər dəqiqliyi ilə hazırlanaraq həyata keçirilməsinin nəticəsidir.  Bu ərazilərin hamısının müdafiəsi ermənilər tərəfindən gücləndirilmişdi. Buna görə də həmin əməliyyatlar çox böyük ustalıqla hazırlanıb həyata keçirildi. Düşmənin yanından keçib ona arxasından zərbə vuruldu və o darmadığın edildi. Bu səbəbdən Hadrut əməliyyatının hərb elmində çox böyük əhəmiyyəti var və bu əməliyyat çox yüksək dəyərləndirilir. Hadrutun işğaldan azad edilməsi və Hadrut ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi  Füzuli istiqamətində  qoşunlarımızın daha inamla irəliləməsi imkanını genişləndirdi. Paralel olaraq, Azərbaycan Ordusu Hadrutun azad edilməsindən sonra hücum cəbhəsini daha da genişləndirmək üçün imkan əldə etdi. Təbii ki, Hadrutun Qarabağın dağlıq ərazisinə daxil olduğu və ermənilərin buranın geri qaytarılmasına heç vaxt razılaşmadıqları nəzərə alınarsa, bu ərazinin ordumuzun nəzarətinə keçməsi həm də “Dağlıq Qarabağ” seperatçı rejiminin tutduğu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi, “Böyük Ermənistan” ideyasının tarixə qovuşmasının bir başlanğıcı hesab olunardı. Yalan üzərində qurulan Erməni təbliğatıbütün dünyanı inandırmağa, onlarda saxta rəy yratmağa çalışırdı ki,  Erməni əhalisi əsrlər boyu burada yaşayıb. əslində isə Hadruta ermənilər çar Rusiyası tərəfindən  İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. ərazidə bir dənə də olsun qədim Erməni adidəsi mövcud deyildi. Sonradan yerli tarixi abidələri erməniləşdirən bu saxtakarlar özlərini bu yerlərin qədim sakinləri kimi tədim edirdilər.   Prezident İlham Əliyevin Hadrutun azad edilməsindən sonra söylədiyi “Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb” fikirləri ermənilərlə azərbaycanlıların davranışları, əməlləri arasındakı fərqin ən mükəmməl formada nəzərə çatdırılmasıdır.

Ağarəhim Baxışov
Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ