SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Çin Karqo" şirkəti Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik edir

"Çin Karqo" şirkəti Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Tarix:

14-06-2020, 20:06

/ 1 789 dəfə oxundu.
"Çin Karqo" şirkəti Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik edir

15 iyun xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.
Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə "Çin Karqo" şirkətinin rəhbəri Şamil Heydərov və şirkətin kollektivi Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ölkə başçısı İlham Əliyev cənablarına müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə gördüyü bütün işlərdə həmçinin fəaliyyətində uğurlar arzulayır.

Şərhlər

XƏBƏR LENTİ