SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qoşqar Təhməzli “ARAZ” marketləri niyə hədəf alıb? – Detallar

Qoşqar Təhməzli “ARAZ” marketləri niyə hədəf alıb? – Detallar

Tarix:

10-06-2021, 11:54

/ 597 dəfə oxundu.
Qoşqar Təhməzli “ARAZ” marketləri niyə hədəf alıb? – Detallar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Veysəloğlu” şirkətini və onun “Araz” marketlər şəbəkəsini hədəfə alıb.
AQTA ən çox şikayət olunan market şəbəkələrinin başında “Veysəloğlu” Qrupa daxil olan “Araz” olduğunu açıqlayıb.
Ölkədə bu şəbəkənin 145 marketi, 9 mindən artıq əməkdaşı var. Bu marketlər şəbəkəsi ən ideal xidmət göstərən yer sayıla bilməz. Ancaq “Araz” marketlərdən kütləvi narazılıq da yoxdur ki, ən çox şikayət edilən ticarət müəssisəsi olsun. Ən azı sosial şəbəkədə və mətbuatda olan müşahidələr belə deməyə əsas verir. Əslində AQTA ciddi araşdırma aparsa, keyfiyyət və xidmət səviyyəsinə görə ən çox şikayətlərin “Oba”, “Al” marketlər şəbəkəsindən olduğunu təsbit edə bilər. Amma görünür ki, AQTA sədri Qoşqar Təhməzli məhz bu şirkəti hədəfə alıb və bazardan sıxışdırmağa çalışır. Məsələ ilə bağlı detalları öyrənməyə çalışırıq.(Tia.az)

Şərhlər

XƏBƏR LENTİ