Tanınmış hakim hava limanında ətir oğurlayırmış
Tanınmış basketbol hakimi Matey Boltauzer idarə etdiyi “Partizan”– “Monako” matçından sonra Belqrad hava limanında ətir oğurlayarkən saxlanılıb.
Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı referi nəzarətə götürülüb.
M.Boltauzerin hava limanının mağazasından 221 avro dəyərində ətir oğurladığı müəyyən edilib.
Təhlükəsizlik əməkdaşları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində əməlini etiraf edib. Nəticədə o, 30 min dinar cərimə ödəyib və sərbəst buraxılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır