XalqXəbər.Az

XalqXeber.Az » Aktual » “ARAZ” MARKETDƏN YENƏ ŞIKAYƏT: KÖHNƏ ÇÖRƏK SATIR – FOTO

“ARAZ” MARKETDƏN YENƏ ŞIKAYƏT: KÖHNƏ ÇÖRƏK SATIR – FOTO

“ARAZ” MARKETDƏN YENƏ ŞIKAYƏT: KÖHNƏ ÇÖRƏK SATIR – FOTO
26-08-2021, 12:10

“Araz” marketlər şəbəkəsi müştəriyə vaxtı keçmiş çörək satıb. Xalqxeber.az- xəbər verir ki, bu haqda Elnurə Abışova özü yazıb.

“Dünən tələsik yolüstü ARAZ-a girib üstə olan çörəyi götürüb çıxmışam, bu gün açanda görmüşəm 1 gün əvvəlin imiş. Yayın günü kimdi köhnə çörək yeyən? Bu marketinq deyil, haramçılıqdı… Daha güvən yoxdu. Gərək ayaq saxlayıb bir-bir bütün məhsulun tarixinə baxaq” – deyə müştəri qeyd edib. Son zamanlar “Araz” marketlə bağlı istehlakçıların şikayəti artıb. Müştərilər gah vitrinlə kassada fərqli qiymət olmasından, gah köhnə, müddəti keçmiş məhsullar satılmasından şikayətlənirlər. Bu da “Veysəloğlu” şirkətinə məxsus olan marketlər şəbəkəsinə olan etimadı sarsıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.