SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qida rasionumuzda VEYSƏLOĞLU TƏHLÜKƏSİ... - İDDİA

Qida rasionumuzda VEYSƏLOĞLU TƏHLÜKƏSİ... - İDDİA

Tarix:

23-06-2021, 09:35

/ 786 dəfə oxundu.
Qida rasionumuzda VEYSƏLOĞLU TƏHLÜKƏSİ... - İDDİA

Ölkədə 145 marketi, 9 mindən artıq əməkdaşı olan ''Veysəloğlu” Qrupu artıq böyük bir biznes imperiyasıdır. Yəni adi marketlər şəbəkəsi deyil. Bu şəbəkə əslində saat kimi dəqiq işləməli, vətəndaşların xidmətində olmalıdır. Təsəvvür edirsiniz, bu şəbəkə gündə az qala 1 milyon civarında müştəriyə qulluq edir. İndi bu şəbəkənin ticarət dövriyyəsini, vergisini-filanı təsəvvürünüzə gətirin. Biri var hansısa dükan, kafe, yaxud xırda market vergidən yayına, biri də var ki, Veysəloğlu kimi biznes imperiyası.
9 mindən artıq, yəni 10 min civarında ordu.
Əgər ciddi bir yoxlama olsa, nə qədər əməkdaşın müqavilədən kənar işlədiyini ortaya qoyar.
Əgər 10 min əməkdaşın real maaşı ilə qol çəkdiyi maaş cədvəlini tutuşduran olsa, ortaya nələr çıxar ?
Əgər 10 min nəfərin 7-8 saat deyil, ən azı 1-cə saat artıq işlədiyini nəzərə alsaq və hesablasaq...
Və sosial müdafiə fonduna köçürülən məbləğə baxsaq, vayy səni imperiya sahibi...
Hələ mütəxəssislər bu məsələni araşdırsa, Veysəlinoğlunun işi...
Saymaqla bitən, qurtaran deyil ki...
Hələ bu harasıdır.
Bütün bunlar azmış kimi vitrindəki qiymətlərlə kassada hesablanan qiymətlər arasında xeyli fərq yaranır.
Alıcı cibindəki məbləğə uyğun məhsulları götürüb kassaya yaxınlaşır, satıcı isə elə məbləğ deyir ki, alıcı aldığını geri qaytarmağa məcbur olur. Və satıcı deyir ki, qiymətlər dəyişib. Əgər dəyişibsə, niyə vitrində bu görünmür ?
Bir sözlə, Veysəloğlunun Oba və Araz marketlər şəbəkəsində fırıldaq baş alıb gedir.
Alıcı nəsə deyəndə satıcı elə boz sifət göstərir, hətta səsini qaldırır. Necə deyərlər, oğru, daha doğrusu, Veysəloğlu elə bağırdı ki, yazıq müştərinin bağrı çatladı.
Bütün bunları qoyaq bir kənara. Şirkətə məxsus Ulduz şokolad fabrikinin məhsulunun içindən nələr çıxmır, bolt, qayka, şayba...
Alıcılar həmişə Veysəloğluna məxsus marketlərdəki səliqəsizlikdən gileylənir, malların tozu alınmır.
Hətta marketlərdə istifadə müddəti keçmiş ərzaq məhsulları, balıq, konserva satılır. Sabah iraq olsun, zəhərlənmə, ölüm halları olsa kim cavab verəcək, Veysəlinoğlu..?
Qiymətləri süni şişirtməyə bəs nə ad verək ?
Son vaxtlar QİDA agentliyinin Veysəloğluna məxsus marketlərdə apardığı yoxlamalar problemlərin cüzi bir hissəsini ortaya çıxarır.
ARDI VAR...
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ