SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İnam Kərimovdan Birinci Vitse-prezidentə şikayət olunacaq – Korrupsioner şəxsi vəzifəyə təyin etməsi ilə bağlı

İnam Kərimovdan Birinci Vitse-prezidentə şikayət olunacaq – Korrupsioner şəxsi vəzifəyə təyin etməsi ilə bağlı

Tarix:

31-05-2021, 10:06

/ 944 dəfə oxundu.
İnam Kərimovdan Birinci Vitse-prezidentə şikayət olunacaq – Korrupsioner şəxsi vəzifəyə təyin etməsi ilə bağlı

Mərkəzi Aran Regional İdarəsinin işçiləri korrupsioner və dələduz kimi ad çıxarmış Zamin Məmmədov adlı şəxsin direktor təyin edilməsini istəmirlər

Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. Xüsusən kənd təsərrüfatı sahələrinə dövlətin tətbiq etdiyi vergi güzəştləri və subsidiyalar bu sahələrdə çalışan insanlara ciddi dəstək verməkdədir. Prezident İlham Əliyev bütün çıxışlarında ölkədə kənd təsərürfatı sahələrinin inkşafı üçün dövlət tərəfindən lazımı olan bütün dəstəyin göstərildiyini qeyd edir. Ancaq təəssüflər olsun ki, kənd təsərrüfatı sektorunda hələ də ciddi problemlər qalmaqdadır.
Son illər Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan qurumlara təyin edilən kadrlarla ciddi narazılıqlar yaranmaqdadır. Belə ki, adı müxtəlif korrupsiya maxinasiyalarında, dələduzluqda və qaranlıq keçmişi olan şəxslərin KTN daxilindəki qurumlara rəhbər təyin edilməsi heçdə birmənalı qarşılanmır. Belə şəxslər qısa bir müddət işlədikdən sonra yenədə “köhnə vərdiş”lərinə qayıdaraq yuxarı instansiyalarında çalışan məsul şəxslərlə əlbir olaraq dövlətin mal-mülkünü talan edirlər. 

Bu cür neqativ hallardan biri də Kənd Təsərrüaftı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsi ilə bağlıdı. Məlumata görə Mərkəzi Aran Regional İdarəsinin direktoru vəzifəsinə adı müxtəlif korrupsiya və dələduzluq qalmaqallarında hallanan Zamin Məmmədov adlı şəxsi təyin etmək istəyirlər. Zamin Məmmədovun vaxtı ilə Nəqliyyat Nazirliyinin tabeçiliyindəki Nəqliyyat Departamentinin rəis müavini və rəis əvəzi işlədiyi dövrlərdə bir çox korrupsiya qalmaqallarında iştirak etdiyi deyilir. O, həmdə keçmiş korrupsioner nazir Ziya Məmmədovun kəndçisi və qohumudur. 
Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, Mərkəzi Aran Regional İdarəsinin işçiləri Zamin Məmmədovun direktor təyin edilməməsi üçün Kənd Təsərrüfatı naziri İnam Kərimovla bağlı Birinci Vitse-Prezident Mehriban Əliyevaya şikayət etməyə hazırlaşırlar. 
Şikayətçilər Birinci-Vitse Prezidentdən KTN naziri İnam Kərimovun bu təyinatının durdurulmasını və Mərkəzi Aran Regional İdarəsinə təmiz, vicdanlı bir şəxsi  direktor təyin edilməsini istəyirlər. 
Kənd Təsərrüfatı Nazirliyindəki mənbələrdən Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, Zamin Məmmədovun Mərkəzi Aran regional İdarəsinə direktor təyin edilməsi məsələsinin arxasında nazirliyin Daxili nəzarət şöbəsinin müdiri işləyən Fuad Mayılov dayanır. Belə ki, Fuad Mayılov “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasova göstəriş verib ki, adı korrupsiya və dələduzluqda hallanan Zamin Məmmədovu vəzifəyə təyin etsin. Bu vəzifə üçün Zamin Məmmədovun Fuad Mayılova ciddi “şirin”lik söz verdiyi deyilir. Bundan başqa Zamin Məmmədovun direktor təyinatı üçün çalışan şəxslərdən biridə “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru müavini Rövşən Əliyevdir.

Şərhlər

XƏBƏR LENTİ