SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Tarix:

29-05-2021, 10:44

/ 925 dəfə oxundu.
Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

30 illik müstəqillik tarixinə malik Azərbaycan dövləti son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanmaqdadır. Ötən dövrdə Azərbaycan dövləti iqtisadi sahədə müstəqilliyini tam təmin edib, eləcə də beynəlxalq münasibətlər sisteminin müstəqil xarici siyasət yürüdən ölkələrindən biri kimi şöhrət tapıb. Otuz il ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Vurğulandığı kimi, qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində həmçinin özünün siyasi müstəqilliyini təmin edib. Son 17 ildə Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.
Yeri gəlmişkən, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Azərbaycan müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur. Regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.
Təbii ki, ölkəmizə, dövlətimizin başçısına verilən bu yüksək dəyər mühüm strateji nailiyyətlərə əsaslanır. Belə ki, bu gün Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırıb. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Bu gün Azərbaycan qlobal dünyanın mühüm siyasi aktoru kimi Cənubi Qafqazda yeni inkişaf mərhələsi yaradır. Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərbi birləşdirəcək yeni kommunikasiya xətti yeni dünya düzənində mühüm logistik xəttə çevrilir. Təbii olaraq bu faktor Azərbaycanın dünyada diqqət mərkəzinə düşməsini, eləcə də aparıcı dövlətlərin ölkəmizlə yaxın tərəfdaşlıq əlaqələrini daha da yüksək səviyyəyə çatdırmaq istəklərini şərtləndirir. Bu isə Azərbaycan dövlətinin, ölkə Prezidentinin milli maraqlara əsaslanan siyasət kursunun uğurlarıdır.  
 
Ramil Gülməmmədov,
Salyan rayon Xıdırlı kənd tam orta məktəbin direktor əvəzi

Şərhlər

XƏBƏR LENTİ