SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident İlham Əliyev regionda sülhün, barışın, ədalətin, demokratiyanın və iqtisadi inkişafın qarantıdır

Prezident İlham Əliyev regionda sülhün, barışın, ədalətin, demokratiyanın və iqtisadi inkişafın qarantıdır

Tarix:

29-05-2021, 10:41

/ 530 dəfə oxundu.
Prezident İlham Əliyev regionda sülhün, barışın, ədalətin, demokratiyanın və iqtisadi inkişafın qarantıdır

“28 May-Respublika Günü” Azərbaycanın şərəf tarixidir. Bu gün Azərbaycan müstəqilliyinin növbəti ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü tariximizin ayrı-ayrı dövrlərinin təhlilini, günümüzün reallıqlarının aydın mənzərəsini təqdim etməyi bir zərurət kimi ortaya qoyur. Müstəqillik tariximizin son 30 ilinin təhlili bu fikri böyük inamla söyləməyə əsas verir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini, bir dövlət kimi varlığını itirmək təhlükəsindən xilas etdisə, son 17 ildə bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev işğal altında olan torpaqlarımızın xilaskarı oldu, adını tariximizə qalib ölkənin qalib Sərkərdəsi kimi yazdı.
Beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan Respublikasının nüfuzu gündən-günə yüksəlməkdədir. Azərbaycanın Vətən müharibəsində qələbəsi və müharibədən sonra Cənubi Qafqazda sülh və barış, iqtisadi inkişaf siyasəti yüksək qiymətləndirilir. Milli maraqların müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanan ölkəmizin rolu təkcə regionda deyil, artıq bütün dünyada da artmaqdadır.
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər, faktlar da Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurların təsdiqidir. Ünvanlanan çoxsaylı təbriklərin hər biri Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevə hörməti, inamı ifadə edir. Ölkəmizin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilən dünya liderlərinin təbriklərində bu əminlik vurğulanır ki, qarşıdakı illərdə Qarabağ və işğaldan azad edilən torpaqlarımız da regionun tərrəqisində iştirak edəcək. Azərbaycanın bu əraziləri bundan sonra sülh, anlaşma, rifah, əmin-amanlığın təminatçısı kimi çıxış edəcək. Dünya liderləri Azərbaycanın irəli sürdüyü təşəbbüslərin reallığa çevrilməsində, böyük dəstək qazanmasındə cənab İlham Əliyevin nüfuzunu, ona olan inamı və etimadı xüsusi qeyd edirlər.
Göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlara imza atan, qalib, ədaləti bərpa edən ölkə kimi nüfuz qazanan, regionda və dünyada mövqeləri möhkəmlənən Azərbaycanın təqdim etdiyi yeni inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Dünyanın nüfuzlu ekspertləri, siyasətçiləri, ayrı-ayrı nəşrlər dövlətimizin başçısının həyata keçirdiyi yeniləşmə, təkmilləşmə siyasətini dəstəkləyir, bu addımların qarşıdakı illərdə daha möhtəşəm olacağını bildirirlər.
Dövlətimizin nüfuzunun gündən-günə artmasında cənab Prezidentin dünya maştablı siyasi lider kimi şəxsi nüfuzu böyük rol oynayır. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözü ilə əməli həmişə bir olub, obyektiv və bərabərhüquqlu tərəfdaşlıq siyasətini həyata keçirib. Qarşılıqlı hörmət və etimad əsasında həyata keçirilən siyasət, milli maraqlara sədaqətlilik və prinsipiallıq Prezident İlham Əliyevin dünya miqayasında böyük nüfuza malik siyasi lider kimi qəbul edilməsini təmin etmişdir. Prezident İlham Əliyev regionda sülhün, barışın, ədalətin, demokratiyanın və iqtisadi inkişafın qarantıdır. Biz bununla qürur duyur və möhtərəm Prezidentimizə uğurlar arzulayırıq.
 
Xəyalə Əliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi

Şərhlər

XƏBƏR LENTİ