SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ölkəmizin xaricdəki nüfuzu durmadan artıq

Ölkəmizin xaricdəki nüfuzu durmadan artıq

Tarix:

19-07-2022, 10:50

/ 427 dəfə oxundu.
Ölkəmizin xaricdəki nüfuzu durmadan artıq

 
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə danışmışdır.
Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müşavirədə Azərbaycanın xarici siyasətinin uğurları xüsusi olaraq qeyd edilib. Müstəqil xarici siyasət yürüdən,  tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən,  dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında   bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə,  irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan  dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur. Dövlət başçımızın həmin platformalardan səsləndirdiyi məntiqli  təkliflərinin  və təşəbbüslərinin   hər biri sabitliyin təminatına töhfə, sülhə, ədalətə, bərabərliyə  çağırışdır. Cari ilin altı ayında da Azərbaycanın xarici siyasətinin mənzərəsi zəngin  olmaqla  bütün səviyyələrdə dəstəklənmişdir. Cənubi Qafqazda  siyasi, hərbi, iqtisadi qüdrəti ilə  liderliyini qoruyan Azərbaycan  bölgədə sabitliyin təminatına yönələn təşəbbüslərin  müəllifi və iştirakçısıdır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki açıqlamaları, platformalardakı çıxışları dəstəklənirsə, bu etimad diplomatik uğurlarımızın təntənəsidir. 
Son vaxtlarda keçirilən və Azərbaycanın fəal iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli  tədbirlər barədə  cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi,  müvafiq dövrdə  respublikamızda keçirilən beynəlxalq tədbirlər  xarici siyasətimizin mənzərəsi olmaqla ölkəmizin  nüfuzunu da artırıb.  Azərbaycanın Qoşulmama Hərəkatındakı   sədrliyinin 2023-cü ilə qədər  uzadılması ilə bağlı  quruma daxil olan dövlətlərin yekdil rəyi o deməkdir ki,   dünyanın 120 ölkəsi arasında böyük nüfuz qazanmış ölkəmizə inam və etimad daha da artmışdır.
Beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə möhkəmlənən əlaqələrinin nümunəsi qurumun yeni  Baş katibinin  bu günlərdə Azərbaycana etdiyi səfər, qarşıdakı illər üçün nəzərdə tutulan  hədəflərlə bağlı geniş müzakirələrin aparılmasıdır.
 Müşavirədə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın  yeni keyfiyyət üzrə  inkişaf etdirilməsi ilə bağlı prioritetlərdən bəhs edən Prezident İlham Əliyevin bildirdiyi kimi yeni  saziş üzərində birgə fəaliyyət  daha geniş mənada iş birliyinin məntiqi nəticəsi olacaqdır.  Xarici siyasətində əsas  amil olan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində  hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat çərçivəsində, həm də  üzv ölkələrlə  təmasları genişlənir. Prezident İlham Əliyevin vurğuladığ kimi, Azərbaycan beynəlxalq aləmdə aparıcı güc mərkəzi olmaqla diplomatik uğurları ilə seçilən, dünyanın enerji təhlükəsizliyinin təminatında  böyük nüfuza malik ölkədir. 
 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ