SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır

Tarix:

29-05-2021, 10:47

/ 653 dəfə oxundu.
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etdi. Artıq bu gün regionda yeni reallıqlar yaranmış və bölgənin gələcəyi ilə bağlı optimal alternativlər, perspektivlər ortaya çıxmışdır. Müasir Azərbaycan hamılıqla qəbul edilən regionun lideri hesab edilir. Bunun mərkəzində qüdrətli ordu quruculuğu, sosial-iqtisadi inkişaf və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dayanır. Azərbaycanın dünyada təhlükəsizliyin təminatçısı qismində beynəlxalq münasibətlərin subyekti rolunda çıxış etməsi bu reallıqların yaranmasını zərurətə çevirmiş oldu. Eyni zamanda ölkəmizin apardığı balanslaşdırılmış və uğurlu xarici siyasəti yeni perspektivlərin təməlini yaratdı. Beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü həmişə etibarlı tərəfdaş və müstəqil siyasət yürüdən dövlət kimi tanıdıb. Bu gün dünya siyasətində həm regional, həm də qlobal əhəmiyyətli bütün məsələlərin həllində Azərbaycanın fikri ilə hesablaşırlar.
Region dövlətləri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin mövcud vəziyyətinə ciddi təsiretmə imkanlarına malik olan ölkəmiz beynəlxalq müstəvidə qüdrətli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasına və regional maraqlarımızın nəzərə alınmasına xüsusi önəm verir.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplərdən biri də balanslaşdırma siyasətidir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti məhz balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prioritetinə istisnasız olaraq böyük həssaslıqla yanaşır.
Regionda sistemli, ardıcıl və çoxvektorlu xarici siyasət xətti yürüdən nümunəvi dövlətə çevrilməsi amili Azərbaycanın xarici siyasət xəttinin uzunmüddətli müvəffəqiyyətinə zəmanət verən və regionda onun sabit mövcudluğuna təminat yaradan möhkəm bünövrəni təşkil edir.
 
 
Araz Hüseynov,
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi

Şərhlər

XƏBƏR LENTİ