XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Sabunçunun ƏBƏDİ BAŞÇISI... - Ona hələ də `gözün üstündə qaşın var` deyən yoxdur...

Sabunçunun ƏBƏDİ BAŞÇISI... - Ona hələ də `gözün üstündə qaşın var` deyən yoxdur...

Sabunçunun ƏBƏDİ BAŞÇISI... - Ona hələ də `gözün üstündə qaşın var` deyən yoxdur...
27-05-2021, 16:14

Sabunçunun icra başçısı Adil Vəliyevin tərcümeyi-halında xeyli “qaranlıq məqamlar” var.

Bəzilərinə toxunmaq istəmirik. Özəl həyatı ilə bağlı olduğu üçün. Sonra döşündəki nişanı itirməyi və dini məsələyə həssas olmağına diqqət ayırmaq istəmirik.
Yəni Adil Vəliyevin şəxsi “travma”larına toxunmayaq.
Adil Vəliyev öz tərcümeyi-halınfa yazır ki, “1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb”.
Adam, 1992-1996-cı illərdə Sovet dövləti dağılmışdı, sovetlər, Xalq deputatları soveti deyilən şey qalmamışdı.
Sən orada necə şöbə müdiri ola bilərdin ? Özü də 1996-cı ildə...
1995-ci ildə müstəqil Azərbaycan ilk dəfə parlament seçkiləri keçirdi. O zaman nə xalq deputatları soveti ?
Ayaz Mütəllibovun dövründə, sonra Əbülfəz Elçibəy prezident olanda vəzifələrə necə sıçradın ?
Sonra 1993-cü ildə indiki iqtidara necə “transfer” etdin ?
Cənab Adil Vəliyev !
Sabunçuda, Bakıxanovda, Kürdəxanıda, Zabratda neçə hektar torpağı mənimsəmisən ?
Təkcə Sabunçuda neçə restoran, market sahibisən ?
İcra başçısı təyin olunanda Sabunçuda torpaqları necə siyahıya alırdın ?
Bu gün Sabunçuda torpağın 1 sotunu 20-25 min manata satırsan.
Adil Vəliyev, kommunal sahədə çalışan neçə insanın maaş kartı cibindədir ?
Cənab Adil Vəliyev, bu mükləri necə əldə etmisən ?
Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi

Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi

Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. "Şəhrizad" Uşaq Bağçası️Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağçası

Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil
Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil
"Euro Style" LTD şirkəti və FASHION MMC

Bakıdakı "Euro Style" adlı bütün bərbər salonları

Nizami rayonu, B. Çobanzadə küç “Sarı gəlin” şadlıq sarayı
Bakıxanov, Mehmandarov küç. 12 ünvanında “AQAT” şadlıq sarayı

“Bakıxanov Rezidens” yaşayış kompleksi

Binalara üzlüklər çəkən “AQAT” şirkəti
“Volkswagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər
3-4 milyonluq avtomobil kolleksiyası:
"Posche Mansory 958 Cayenne"
"Ferrari F 12 Berlinetta"
Land Rover Range Rover
2 ədəd göy və Qırmızı rəng Porsche 911

Ona aid maşınların nömrələri: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999.

Bunlardan əlavə onun ailə biznesinə rayonda bir neçə göydələnlər, ticarət obyektləri, fərdi yaşayış sahələri və torpaq sahələri də daxildir.
Adil Vəliyevdən hansı mülkünü soruşursan deyir ki, vallah mənim deyil, ağsaqqalındır.
//gundelik-baku.com//

XalqXeber.Az
ƏN ÇOX OXUNANLAR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.