SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Toy bazarında canlanma: ancaq bu saatlarda, 100 nəfərlə... - AÇIQLAMA

Toy bazarında canlanma: ancaq bu saatlarda, 100 nəfərlə... - AÇIQLAMA

Tarix:

24-05-2021, 15:15

/ 605 dəfə oxundu.
Toy bazarında canlanma: ancaq bu saatlarda, 100 nəfərlə... - AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Yaqut Qarayeva AzTV-də çıxışı zamanı insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərlə, o cümlədən toylarla bağlı Operativ Qərargahda müzakirələr aparıldığını söyləyib. Qurum rəsmisi hətta qərarın bu yaxınlarda elan olunacağını bildirib.
Y.Qarayevanın açıqlanmasından sonra bir çox şadlıq evləri qiymətləri artırıblar.

Hələlik Nazirlər Kabinetinin toylarla bağlı hər hansı qərarı elan olunmasa da, şadlıq sarayları artıq sifarişləri qəbul etməyə başlayıb.

“Ölkə.az” bununla bağlı bir neçə şadlıq sarayının mövqeyini öyrənib.

Paytaxtda fəaliyyət göstərən tanınmış şadlıq saraylarından olan “Meridian” sifarişləri qəbul etdiyini desə də, dəqiq tarix qeyd olunmayıb.

“Qərar çıxandan sonra baxacağıq, onda günlər bilinəcək”.

“Yeganə” şadlıq sarayından da bildirildi ki, iyuna sifariş qəbul edilsə də, qarantiya verilmir:

“Hələ dəqiq deyil deyə, bir söz deyə bilmərik. Hazırda sifarişləri qəbul edirik. Sadəcə, toyların başlayıb-başlamaması dəqiq deyil. Say barədə də konkret bir söz demək olmaz. 200-300 nəfər demək yalan olar. İyuna vaxt təşkil etmək olar, amma qarantiya verə bilmərik”.

“Versal” şadlıq sarayı da Y.Qarayevanın açıqlamasından sonra sifariş götürməyə başlayıb:

“Bu dəqiqə yerlər doludur. İyunun 1-i və 3-ü bir də 14-ü ,16, 17-si boşdur. İyulda da sifarişlərimiz var. Hamısı yeni “zakaz”lardır. Qiymətlər 50-60-80 arasında dəyişir. 200 nəfərlik sifariş qəbul olunur”.

“Gilavar” şadlıq evindən də bildirilib ki, artıq hər gün sifariş üçün tarix yazdırmağa gələnlər var:

“Düzdür, hələ rəsmi qərar verilməyib, amma hamı gəlir. İyuna da “zakaz” götürürük. Bizdə olan qeyri-rəsmi məlumata görə, 100 nəfərdən çox olarsa, icazə verilməyəcək. Məhdudiyyət qoyacaqlar ki, saat 15:00-dan 21:00-a qədər toy eləmək olar. Qiymətlər 45-55-65 arasıdır”.

İki mərtəbəli şadlıq saraylarından bəzilərindən isə bildirilib ki, bəzi toy sahibləri yuxarı və aşağı zalı götürərək bununla say məhdudiyyətini pozmamağa çalışırlar.

Şərhlər

XƏBƏR LENTİ