Hansı dövlət qurumları ləğv olunacaq? - SİYAHI
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu barədə hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Məlumatlara görə, sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.
Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. - deyə mənbə bildirib.
Mənbənin məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları Fövqəladə Hallar Nazirliyinə, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin funksiyaları Xarici İşlər Nazirliyinə, Statistika Komitəsinin funksiyaları İqtisadiyyat Nazirliyinə veriləcək.
Son 2 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...