XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?

Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?

Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?
6-05-2021, 16:16

"Həbs olunan heç bir şəxs təcridxanada olduğu müddətdə qoyulan qaydalardan kənara çıxaraq hənsısa güzəşt, imtiyaz əldə edə bilməz. Bu kimi hallar baş veribsə, deməli, nizam-intizam qaydaları pozulub”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda sabiq vəzifə sahibi olan imkanlı məhbusların təcridxanalarda özləri üçün komfort şərait yaratması haqda məlumatlara aydınlıq gətirərkən vəkil Vamiq Şükürov deyib:

"Həbsxanalarda qaydalar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və onun əsasında qəbul olunan fərman, qərar və normativ aktlarla tənzimlənir. Bu mənada heç bir təcridxana həmin qayda və normalardan kənar fəaliyyət göstərə bilməz. Həm də təcridxanalar daxili intizam qaydaları ilə tənzimlənir. Həmin qaydalarda da bütün saxlanılan şəxslərin, dustaqların eyni qaydada, ərzaq, geyimlə təmin olunması eyni tipli kameralarda yaşaması, eyni qida ilə qidalanması öz əksini tapıb. Heç bir həbs olunan şəxs qoyulan qaydalardan kənara çıxaraq hənsısa bir güzəşt əldə edə bilməz. Bu qadağandır”.

Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi və Prokurorluq belə pozuntuları müəyyən etməli və cinayət əməli varsa, cinayət işinin açılması üçün tədbirlər görməlidir: "Təcridxanalarda belə olaylar baş veribsə, bunlar Azərbaycan Prezidenti və Milli Məclis tərəfindən qəbul olunan qanunlara və Nazirlər Kabinetinin göstəriş, fərman və sərəncamlarına əməl olunmaması deməkdir”.

Həmsöhbətimiz sözügedən pozuntulara son vermək üçün təcridxanalara ictimai nəzarətin gücləndirilməsini vacib hesab edir: "İnsanlar Prezident Adminstrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə məlumat verməlidir ki, araşdırmalar aparılsın”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.