XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

Hüseynbala Mirələmov YAP-dan çıxarıldı
22-04-2021, 17:22

Sabiq deputat Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən azad olunub.
 
Hüseynbala Mirələmov kafedra müdiri olduğu Azərbayacan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının onlayn iclası zamanı qeyri-etik hərəkətlərinə görə partiyadan uzaqlaşdırılıb.
 
Xatırladaq ki, Mirələmov sözügedən ali məktəbin Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəfizəsindən də çıxarılıb.
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.